ÜST-nın Avropa Regional Komitəsinin 61-ci sessiyasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının iştirakçıları 11.09.2011-ci il tarixlərində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə əklil qoyulmuşdur. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
11/09/2011