Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması
Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən 11.10.2010-dan - 29.10.2010-cu il tarixinədək Rusiyanın 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirəcək.
Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək kurslar şüa diaqnostikası məsələlərinə həsr olunub.
Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavimin cəlb ediləcəyi kurslar 1 saylı Respublika Klinik Xəstəxanasında həyata keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
25/11/2010