Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Litva Respublikasının Səhiyyə Nazirliyi arasında saziş imzalanmışdır

12-15 sentyabr 2011-ci il tarixlərində Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan  bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirilmişdir.

 

14.09.2011-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Litva Respublikasının nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri  cənab Raimondas Şukys ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Litva Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanmışdır.

 

Səhiyyə sahəsinin bir çox aspektlərinin özündə əks etdirən bu saziş hər iki ölkə üçün çox əhəmiyyətli bir addım olacaq ” -  deyən nazir O Şirəliyev sazişdən irəli gələn bütün məsələlərin həllinə hər iki tərəfin bunun üçün səylərini artıracağına ümidvar olduğunu qeyd etmişdir.

 

Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsini planlaşdırılır. Burda  səhiyyə sahəsinə dair bir çox məsələlər, o cümlədən səhiyyə və tibb elmi sahəsində məlumat və ekspert mübadiləsi, həyata keçirilmiş səhiyyə islahatları, tibbi sığorta, ictimai səhiyyə və əczaçılıq sahələrində təcrübə mübadiləsi, həmçinin tibb  mütəxəssisləri, həkim və tibb bacıları üçün nəzəri və praktiki təlimlər və ixtisasartırma kurslarının (mühazirəçi və ekspert qrupu mübadiləsi daxil olmaqla) birgə təşkili, müalicə metodları və standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsi, ali tibbi təhsil müəssisələri, tibb mərkəzləri, tibbi müalicə müəssisələri və digər əlaqədar idarələr arasında birbaşa əlaqənin saxlanması, müasir tibb avadanlıqları və yeniliklərə dair məlumat mübadiləsi, səhiyyə və tibb elminin müxtəlif sahələrində müştərək ikitərəfli əməkdaşlıq layihələrinin hazırlanması kimi önəmli məsələlər əksini tapmışdır.

 

14.09.2011-ci il tarixində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Belarus nümayəndə heyətini rəhbəri, səhiyyə naziri doktor Vasiliy Jarko daha sonra isə və Rusiya Federasiyasının  səhiyyə nazirinin müavini Veronika Skvartsova ilə görüşlər keçirmişdir.

 

Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsinə dair əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Litva Respublikasının Səhiyyə Nazirliyi arasında saziş imzalanmışdır

14/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013