Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 noyabr 2010-cu il tarixlərində Saatlı, Sabirabad və Xızı Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Saatlı MRX-da 151 nəfər, Sabirabad MRX-da 83 nəfər, Xızı MRX-da isə 128 nəfər könüllü olaraq qan vermişdir.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!