Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci Sessiyası öz işinə başlamışdır

Sentyabrın 12-də Bakıda, “Gülüstan” sarayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır.


Sessiyanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.


Tədbirdə ÜST-nin baş direktoru Marqaret Çen, 52 üzv ölkələrin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər.


Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq etdilər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildirdilər.


Sessiyaya sədr və digər vəzifəli şəxslər seçildi. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçildi.


O. Şirəliyevin məruzə ilə çıxışından sonra sessiyanın gündəliyi təsdiq olundu.


Daha sonra Prezident İlham Əliyev sessiyada nitq söylədi.


Daha sonra nazir Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu iştirakcıların diqqətinə catdırdı.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)Avropa regionu üzrə rəhbər orqanının Bakı toplantısında müzakirəyə çıxarılan hər bir təklif  üzrə ÜST-nin Avropa bürosu geniş məsləhətləşmələr aparır. Məsləhətləşmələrə texniki ekspertlər, üzv dövlətlər, vətəndaş cəmiyyəti, tərəfdaş təşkilatlar və İnternet vasitəsi ilə geniş ictimaiyyət cəlb olunub.

 

Regionu təmsil edən 52 dövlətdən iştirak edən səhiyyə nazirlərinə və digər yüksək ranqlı səhiyyə təmsilçilərinə sağlamlığın pozulması üzrə 5 innnovativ mübarizə planını təsdiqləmək təklif olunub.

Bununla yanaşı toplantıda bütün ölkələrin əhalisinin sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan və Sağlamlıq-2020 adını daşıyan yeni avropa regional siyasəti müzakirə olunacaq. Yeni siyasət Regionun bütün vətəndaşlarının sağlam olmaq haqqını bir daha dəstəkləyir, bu siyasətin reallaşdırılmasına görə bütün cəmiyyət və dövlət məsuliyyət daşıyır.

 

«Sağlamlıq-2020 siyasəti Avropa regionunda sağlamlığa və firəvan yaşayışa yeni baxış nəzərdə tutur. Siyasətin əsaslarına görə, hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanı olmalıdır» - deyə, ÜST-nin Avropa regional bürosunun direktoru Suzanna Cakab bildirib. - Cəmiyyətin hərtərəfli inkişaf etməsi üçün sağlamlıq əsas rol oynayır. Sağlamlıq-2020 bu məqsədə nail olmaq üçün öz töhfəsini verəcək, strateji idarəetmənin və sağlamlığın qorunması işinin təşkilində, sağlamlığın qorunması və sağlamlığa nail olmaq üçün maneələrin azaldılması üçün yeni formalar təklif edir. Bu siyasət sosial ədalətə daha çox riayət etməklə sağlamlığın yaxşılaşdırılması və Avropada yaşayanların firavanlığın səviyyəsi qaldırmaq üçün yolları göstərəcək.

 

Beş əsas fəaliyyət planı qeyri-infeksiya xəstəliklərinə (QİX), alkoqol, QİÇS/SPİD, dərmanlara davamlı vərəm və antibiotiklərə davalılıq kimi 5 əsas problemə aiddir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

12/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013