Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Avropa Regional Komitəsinin 61-ci sessiyası işini davam etdirir

Sentyabrın 13-də Bakıda  keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə işini davam etdirmişdir.

 

Sessiyada ÜST-nın baş direktoru Marqaret Çanın məruzəsi dinlənilmişdir.  M.Çan çıxışında sessiyanın təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmiş və ölkə başçısı  cənab İlham Əliyev ilə görüşü barədə məlumat vermişdir.

 

ÜST direktoru Azərbaycan səhiyyəsinin son 5 il ərzində çox böyük irəliləyişlər əldə etdiyini, səhiyyə sahəsində böyük investisiya layihələrinin həyata keçirildiyini vurğuladı. İştirakçı ölkələrə səhiyyəyə dair  bəzi tövsiyələrini verən baş direktor, yeni xəstəxana binalarının tikilməsinə, qeyri-infeksion xəstəliklərin müalicəsinə daha çox önəm verilməsinin vacibliyini vurğuladı. M. Can yaxın 20 il ərzində dünyada qeyri-infeksion xəstəliklərin müalicəsinə 30 trilyon dollar sərf olunmasının nəzərdə tutulduğunu dedi.

 

Daha sonra  M. Can sessiyanın gündəliyindəki məsələlərin aktuallığını diqqətə çatdırmışdır.


ÜST-nin baş direktorunun çıxışından sonra 2020-ci ilədək dövrü əhatə edən sağlamlıq proqramının müzakirəsinə başlanmışdır.


Müzakirələrdə Belçika, Bosniya və Herseqovina, Danimarka, Yunanıstan, Malta, Türkiyə, Böyük Britaniya və Avropa Regional Komitəsinin əməkdaşları iştirak etmişlər.


Səhiyyə nazirləri ölkələrində səhiyyənin inkişaf və problemləri barədə məlumat vermişlər. Nümayəndələr sağlamlıq proqramını dəstəklədiklərini bildirmişlər.

 

Tədbir panel müzakirələrlə 13.09.2011-ci ilə olan toplantısını başa vurmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

13/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013