Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev türkiyəli həmkarı ilə telefonla danışıb

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib.

 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınamış, və işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

 

Türkiyəli Nazir Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazır olduqlarını qeyd edib.

 

Səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirərək qardaş Türkiyəyə daimi dəstəyinə görə təşəkkür edib.

 

Əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyəti qurumları səviyyəsində davam etdirilməkdədir. 

 

29/09/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->