Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

 

Belə ki, 21.09.2011-ci il tarixində mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 107 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 91 nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları  əczaçılıq və oftalmologiya ixtisasları üzrə 28.09.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

23/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013