Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Səmimi və dostluq şəraitində keçən görüşdə bir çox məsələlərə toxunuldu.
Nazir O.Şirəliyev Türkiyə səhiyyə sektorunda görülən coxşaxəli işlərdən, əldə olunan nailiyyətlərdən, dost ölkəsində səhiyyə təşkilatçılığı baxımından uğurlu layihələrə imza atmalarından bəhs etdi. Rəcəb bəyin Azərbaycan səhiyyəsinə xüsusi önəm verdiyini deyən səhiyyə naziri Oqtay Şierəliyev kadr hazırlığı, Türkiyənin tanınmış universitetlərində keçirilən uzmanlıq kurslarından, ölkəmizdə tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstək olduğuna görə Rəcəb Akdağa təşəkkürünü bildirdi.
Görüş əsnasında türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söylədi. Bunun üçün azərbaycanlı müdavimlərə istər Bakıda istərsə də Türkiyədə master-klassların keçirilməsini təklif etdi. Nazir son illər ərzində Türkiyə səhiyyəsinə Avropa ölkələrinin də diqqətinin artığını, bu ölkələrdən müalicə almaq üçün Türkiyə üz tutan xəstələrinin sayının artması faktını qeyd etdi.
Son 5 il ərzində Azərbaycan səhiyyəsində də böyük uğurların əldə olunduğunu bildirən R.Akdağ ölkə başçısının bu sahəyə verdiyi diqqət və qayğını xüsusi vurğuladı.
Görüşdə bir çox məsələlər müzakirə olundu. Türkiyədə özəl sektorun inkişafı, yoluxucu xəstəliklərlə mübarizə planın tətbiqi, xəstəxanalarda qurulmuş iş prinsipi, və Türkiyədə 2016-cı ilə kimi səhiyyə sahəsində nəzərdə tutulmuş planlarla bölüşən Rəcəb Akdağ sıx əməkdaşlıq edən qardaş ölkələrin münasibətlərini bir az da yeniləmək , daha da genişləndirmək təklifini irəli sürdü.
Sonda Rəcəb Akdağ səhiyyə naziri Oqtay Şirəliyevi Türkiyəyə doğma diyarı olan və hər baxımdan Azərbaycana çox bənzəyən Ərzuruma dəvət etdi və təklif O.Şirəliyev tərəfindən səmimiliklə qəbul olundu.
Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi ikitərəfli görüşlər əsnasında Estoniya nümayəndə heyətinin rəhbəri, Sosial işlər naziri cənab Hanno Revkuru, Malta nümayəndə heyətinin rəhbəri, Yaşlı insanlar və əhaliyə xidmət naziri doktor Joseph R.Cassarı, Sloveniya nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri doktor Dorijan Marişici və Bosniya –Hersoqovina nümayəndə heyətinin rəhbəri, Milli İşlər naziri cənab Sredoje Mülni ilə görüşlər keçirmişdir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı