Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 28.09.2011-ci il tarixində əczaçılıq və oftalmologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 45 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 42 nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları onkologiya, pediatriya və dermatovenerologiya ixtisasları üzrə 05.10.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
30/09/2011