Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

Səhiyyə Nazirliyində 23.09.2011-ci ildə beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.


“Dəyirmi masa” da Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunmuş, ölkəmizdə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılmış, müstəqillik illərində 400 dən artıq yeni tibb müəssisə açılması, xəstəxanaların əsaslı təmirdən çıxması, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılması haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

 

Bütün bu irəliləyişlərin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mümkün olduğu və qazanılan nailiyyətlərin əksəriyyətinin müstəqillik dövrü ilə bağlı olduğu bildirmişdir.

 

Sonra ÜST, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Uşaq Fondu və digər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri ölkəmizdə yoluxucu xəstəliklərlə bağlı həyata keçirdikləri layihələr barədə tədbir iştirakçılarına məlumat vermişlər.


Tədbirdə ölkəmizin regionda durmadan artan rolunun göstəricisi olan ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası barədə də ətraflı söhbət açılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2005-2008-ci illərdə ÜST-nın toplantılarında iştirak etmiş, 2009-2011-ci illərdə isə bu təşkilatın Daimi Komissiyasına nümayəndə göndərmişdir. Bakıdakı sessiyada Azərbaycan Respublikası ÜST-nin İcraiyyə Komitəsinə üzv seçilmişdir.

 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

23/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013