Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

04.10.2011-ci il tarixində Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbiri açan səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətini müqayisəli şəkildə təhlil etmiş, müstəqillik illərində uğurla aparılan islahatlar, yeni açılan tibb müəssisələri, əsaslı təmirdən çıxmış xəstəxanalar barədə məlumat vermiş, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.


Çıxış edənlər səhiyyə sahəsində bu irəliləyişlərin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mümkün olduğu və qazanılan nailiyyətlərin əksəriyyətinin müstəqillik dövrü ilə bağlı olduğu bildirmişlər.

4/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013