Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə oktyabr ayında start verilib.

 

Belə ki, akademiyanın professura və  dosent heyəti tərəfindən 3-22 oktyabr 2011-ci il tarixlərində azərbaycanlı müdavimlər üçün mama-ginekologiya və endoskopiya üzrə elmi-praktiki kurslar keçiriləcək. Kurslara Bakı və bölgələrdə çalışan mütəxəssislər cəlb edilib.

 

Bundan əlavə həmin sazişə əsasən 10.10.2011-ci il tarixindən etibarən bir qrup neonatoloq azərbaycanlı müdavimlər üçün kurslar keçirəcəklər.

  

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

5/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013