54 azərbaycanlı həkim Türkiyədə ixtisasartırma kursları keçirlər
Praktiki tibbi bilik və bacarıqlarını təkmilləşdirilmək məqsədi ilə azərbaycanlı müdavimlər Türkiyə Cümhuriyyətinin müxtəlif tibb mərkəzlərinə ixtisasartırma kurslarına göndəriliblər.
Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində həyata keçirilən ixtisasartırma kurslarına 54 nəfərdən ibarət həkim heyəti göndərilmişdir. Müdavimlər əsasən 5 pilot rayondan (Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakı) seçilmişlər.