Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nefroloqların Beynəlxalq elmi-praktik konfransı keçirilmişdir

Sentyabrın 29-dan oktyabrın 1-nə kimi Ukraynanın Odessa şəhərində Beynəlxalq Nefroloqlar Assosiasiyasının (İSN) dəstəyi ilə Yeni Müstəqil Dövlətlərin Nefroloqlar Assosiasiyasının “Nefrologiya, dializ və böyrək transplantasiyası sahəsində nailiyyətlər” mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilmişdir.

 

Konfransda Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova,  Belarus, ABŞ, Almaniyadan aparıcı mütəxəssislər dəvət olunmuşdurlar. Ölkəmizi konfransda akademik M.C.Cavad-zadə adına RKUX-un hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru F. Babayev və həkim-nefroloq M. Cəlalov təmsil edirdilər. Konfrans nefrologiyanın aktual problemlərindən olan xroniki böyrək çatışmazlığı və dializ müalicəsi, hamiləlik nefropatiyası və uşaq nefrologiyasının müasir aspektləri mövzularına həsr olunmuşdur.

 

Azərbaycan nümayəndələri Azərbaycanda nefrologiyanın müasir vəziyyəti, xroniki böyrək çatışmazlığı haqda Dövlət Proqramının icrası  və Səhiyyə Nazirliyinin bu sahədə gördüyü geniş miqyaslı işlər, Bakı və regionlarda yeni dializ mərkəzlərinin yaradılması, dərman təchizatı haqda geniş nitqlə çıxış etmişdir.

 

Konfransda Yeni Müstəqil Dövlətlərin Nefroloqlar Assosiasiyasının rəyasət heyəti yaradılmış, F.Babayev rəyasət heyətinin üzvü seçilmişdir. Konfransın 2012-ci ildə Qazaxıstanın Alma-atı şəhərində keçirilməsi qərara alınmışdır və Azərbaycan nefroloqları həmin konfransa dəvət almışdırlar.

 


Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

6/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013