Növbəti sertifikasiya imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 05.10.2011-ci il tarixində onkologiya, pediatriya və dermatovenerologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 154 həkim iştirak etmişdir. İştirakçılardan 6 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 151 (98%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə 12.10.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
6/10/2011