Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kardioloq və nefroloqların nəzərinə - Elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və  dosent heyəti tərəfindən uşaq kardiologiyası,  nefrologiya və ümumi kardiologiya  ixtisasları üzrə  kurslar keçiriləcək.

 

Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərinin mütəxəssisləri 7 oktyabr 2011-ci il tarixindən -17 oktyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.

 

6/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013