Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64;595-40-15; 595-35-39) 2011-ci il avqust-sentyabr ayları ərzində 971 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 566-sı (114-dü əsaslı, 452-si isə əsassız) şikayət, 244-dü – sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.