Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 12.10.2011-ci il tarixində yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 131 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 119 (91%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları endokrinologiya, psixiatriya və şüa diaqnostikası ixtisasları üzrə 19.10.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
13/10/2011