Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri O.Şirəliyev Polşa Respublikasının səhiyyə nazirinin müavini A. Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Polşa Respublikasının səhiyyə nazirinin müavini A. Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan cənab O. Şirəliyev ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, bu günə kimi birgə həyata keçirilmiş ikitərəfli layihələrin müvəffəqiyyətindən söz acdı. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, aparılan islahatlar və əldə olunan nailiyyətlər, qoyulan investisiyaların artması sayəsində yeni açılıb istifadəyə verilən tibb müəssisələri haqqında da qısaca məlumat verdi.

 

Görüşdə ölkələrimiz arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, tərəflər arasında kadr hazırlığına dair məsələlərə də toxunuldu.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq səhiyyənin bütün sahələrində əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013