Bakı şəhər Baş Səhiyyə İdarəsində könüllü qanvermə aksiyası keçirilmişdir
Bakı şəhər Baş Səhiyyə İdarəsində 11 oktyabr 2010-cu il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 50 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!