Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiya prosesinə dair tibb bacısı ixtisası üzrə nümunəvi test sualları yenidən işlənilib hazırlanmışdır.
Nümunəvi test suallarında beş cavab variantı ilə yanaşı izahlı doğru cavab variantı yerləşdirilmiş, həmçinin test suallarına hazırlaşarkən hansı mənbələrə istinad edilməsi lazım sayılan dərs vəsaitləri də göstərilmişdir.
Məlumat üçün qeyd edək ki, orta tibb işçiləri üçün Sertifikasiya Komissiyasında sınaq test imtahanları keçirilir.