Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tibbi kosmetologiya” mövzusunda keçiriləcək hazırlıq kursları ilə bağlı ELAN

AR Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə 29 sentyabr 2021-ci il 14 mart 2022-ci il tarixlərdə ilk dəfə olaraq “Tibbi kosmetologiya” ixtisası üzrə 6 aylıq ödənişli əsaslarla “Tibbi kosmetologiya” mövzusunda yenidən hazırlıq kursları keçirəcəkdir. Kursların keçirilməsində məqsəd “Tibbi kosmetologiya” ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır.

 

Tibbi kosmetologiya kursuna müalicə işi üzrə baza ali təhsilli şəxslər yazıla bilərlər.

 

Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunacaq.

 

Müraciət edənlər aşağıda qeyd olunan sənədləri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris hissəsinə təqdim etməlidirlər (əlaqə nömrəsi: 012-565-04-28, e-mail adhti.tedris@gmail.com)

 

1.Diplom (əsli və surəti)

 

2.İnternatura (əsli və surəti)

 

3.Əmək kitabçası (əsli və surəti)

 

4.Şəxsiyyət vəsiqəsi (əsli və surəti)

 

15/09/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->