Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 19.10.2011-ci il tarixində endokrinologiya, psixiatriya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94 nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları fizioterapiya və terapiya ixtisasları üzrə 26.10.2011-ci il tarixində keçiriləcək.