Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi və kollegiya üzvləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirdi ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına son qoyulduğunu vurğuladı.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

27/09/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->