Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AR Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş rəhbər Aleks Haykens ilə görüşüb.

 

Görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıb. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Eyni zamanda, ölkəmizdə ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığının gücləndirilməsi, uşaqlarda inkişaf problemləri və əlilliyin erkən aşkarlanması və erkən müdaxilə xidmətlərinin tətbiqi, evə gedişlər (patronaj) və xüsusən həssas qruplar üçün nəzərdə tutulan normativ bazasınn təkmilləşdirilməsi barəsində fikir mübadiləsi aparılıb.

 

 

 

 

1/10/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->