Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə sistemi işçi qrupunun “Müvafiq fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda növbəti iclası keçiriləcək

 

21 oktyabr, 2021-ci il tarixdə, saat 15.00-da “ZOOM” platforması vasitəsilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi işçi qrupu”nun “Müvafiq fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda növbəti iclasının keçirilməsi nəzərdə tutulub. İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Dentons Hüquq Şirkətinin Fəaliyyət Planının icrasına bilavasitə cəlb olunan məsul şəxsləri iştirak edəcək. Görüşdə biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aparılan islahatlar, əhalinin sağlamlığının qorunması və sağlam ömür illərinin artırılması ilə bağlı bəzi məqamların müzakirəsi, müvafiq təkliflərin irəli sürülməsi və açıq müzakirəsi planlaşdırılır. İclasda bu sahə ilə maraqlanan şəxslər, o cümlədən özəl sektor nümayəndələri iştirak edə bilərlər. Müzakirələr əsnasında onların təkliflər verilməsinə şərait yaradılacaq.

 

https://azranking.az/az/protocols-announcements/sehiyye-isci-qrupunun-iclasi

 

19/10/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->