Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresi arasında imzalanmış sazişə əsasən Rusiyanın bir qrup professura və dosent heyəti tərəfindən şüa diaqnostikası üzrə (MRT, KT və rentqen) ixtisası üzrə kurslar keçiriləcək.
Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərinin mütəxəssisləri 21 oktyabr 2011-ci il tarixindən -31 oktyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.