Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Səhiyyə“ işçi qrupunun videokonfrans formatında iclası keçirilib

“Səhiyyə“ işçi qrupunun videokonfrans formatında iclası keçirilib

 

17 noyabr tarixində “Səhiyyə“ işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

 

İclasda işçi qrupunun gündəlikdə yer alan məsələlər (sağlam ömür uzunluğu, doğularkən gözlənilən ömür uzunluğu (HALE), əlilliklə əlaqəli ömür uzunluğu (DALY), Azərbaycanda əhali üçün bu göstəricilərin hesablanma qaydası və hazırki göstəricilər, əhalinin sağlamlığının qorunması və sağlam ömür illərinin artırılması) ilə bağlı əsas məqamlar müzakirə olunub. Həmçinin səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı, bu sahədə beynəlxalq təcrübələrin iqtisadi və sosial əhəmiyyəti, mövcud vəziyyətin dəyərləndirilməsi, kiçik və orta biznesin inkişafının səhiyyə sahəsinə təsiri barədə fikir mübadiləsi aparılıb.

 

İclas zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, növbəti görüşlər üçün müzakirə olunacaq məsələlər ilə bağlı əsas istiqamət və hədəflər müəyyən edilib.

 

 

18/11/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->