Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik  normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 839, mikrobioloji göstəricilərinə görə 575, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə  45 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 3377 yaxma, 73 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 137-də, soyuq qəlyanaltı nümunələrinin 4-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Sentyabr ayı ərzində əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş vermiş, 87 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı  

24/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013