Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Fizioterapiya və terapiya ixtisasları üzrə imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

 

Belə ki, 26.10.2011-ci il tarixində fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 222 nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə 02.11.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

27/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013