Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdir

01.11.2011 –ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.


Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada görülmüş işlər barədə məlumat vermişdir. Bildirildi ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanmışdır. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülmüşdür. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcəkdir.


Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış oldu.

 


Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdirAzərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdirAzərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdir



1/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013