Sertifikasiya imtahanları davam edir
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 02.11.2011-ci il tarixində nevrologiya, mamalıq-ginekologiya və epidemiologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 95 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 89 (94%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları uşaq cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və pediatriya ixtisasları üzrə 16.11.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
3/11/2011