Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildi

Respublikanın iqtisadi potensialının artması, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır. Bu gün də bir necə analoji  mərasimlər olmuşdur.

 

03.11.2011-ci il tarixində 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusunun və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılmış Psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilmişdir.

 

Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılmışdır. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında  da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.


Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

Bir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildiBir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildiBir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildiBir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildiBir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildi





3/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013