Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi müəssisələrin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır
Azərbaycan Respublikasının Prezidenti 10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə Sərəncam imzalamışdır.
Sərəncama əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilmişdir.
Sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
11/11/2011