Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il oktyabr ayında 454 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 271-i (62-i əsaslı, 209-u isə əsassız) şikayət, 103-ü – sorğu xarakterli, 29-u aidiyyəti üzrə deyil, 51-i isə cari problemlərlə bağlı olub.

 

 “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

15/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013