Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 16.11.2011-ci il tarixində pediatriya, uşaq cərrahiyyəsi və üz-çənə cərrahiyyəsi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 110 həkim iştirak etmişdir. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 105 (96%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları ümumi cərrahiyyə, terapiya və anesteziologiya-reanimatologiya ixtisasları üzrə 23.11.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
18/11/2011