Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 16-17 noyabr 2011-ci il tarixlərində Sabirabad və Saatlı Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Sabirabad MRX-da 176 nəfər, Saatlı MRX-da isə 125 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!