Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresi arasında imzalanmış sazişə əsasən Rusiyanın bir qrup professura və dosent heyəti tərəfindən şüa diaqnostikası üzrə 28.11.2011-ci il tarixindən etibarən kurslar keçiriləcək.
Bir aylıq kurslar azərbaycanlı müdavimlərin iştirakı ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun bazasında təşkil ediləcək.