Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibb biliklərinin artırılması istiqamətində işlər davam etdirilir

Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması, müxtəlif ölkələrin nüfuzlu klinikalarında və universitet-klinikalarda səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma istiqamətində işlər davam etdirilir.

 

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən 6 gənc həkim Almaniyanın aparıcı klinikalarına səhiyyənin prioritet sahələri üzrə üç aylıq ixtisasartırma kurslarına göndərilir.

 

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013