Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bir neçə könüllü qanvermə aksiyaları  keçirilmişdir.

 

Belə ki, 26 noyabr 2011-ci il tarixində Şəki Mərkəzi Rayon Xəstəxanasında, 28 noyabrda isə Bakı Dövlət Universitetində könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı Şəki MRX-da 130 nəfər, BDU isə 114 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

29/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013