Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ədilə Namazova Şərəf ordeni ilə təltif edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2011-cu il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq imzaladığı sərəncama əsasən Azərbaycanda tibb elminin inkişafındakı  xidmətlərinə görə Ədilə Əvəz qızı Namazova Şərəf ordeni ilə təltif edilmişdir.

 

29 noyabr tarixində Səhiyyə Nazirliyində ordenin təqdimatı münasibəti ilə kollegiyanın xüsusi toplantısı keçirilmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Ədilə xanım Namazovanı Şərəf ordeni kimi ali mükafata layiq görülməsi münasibətlə təbrik etdi və ona ən xoş və səmimi arzularını çatdırdı. Daha sonra mükafat O.Şirəliyev tərəfindən sahibinə təqdim olundu.

 

Ədilə xanım Namazova belə mötəbər bir mükafata layiq görülməsini ölkə başçısının Azərbaycan tibb elmi və səhiyyəsinə ayırdığı diqqət və qayğının nəticəsi kimi dəyərləndirərək bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

29/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013