Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Könüllü qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 30 noyabr 2011-ci il tarixində Beyləqan Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiyalar zamanı 57 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!


Tibbi Yardımın Təşkili Şöbəsi

1/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013