Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi ilə bağlı təlimlər keçirilir

Səhiyyənin informasiyalaşdırılması sisteminin inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının “Elektron Azərbaycan” Dövlət Proqramının icrası məqsədilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planının təsdiq edilməsi haqqında” əmrinə uyğun olaraq 01.01.2012-ci il tarixindən etibarən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün stasionar tipli tibb müəssisələrində “Stasionarların fəaliyyətinə elektron nəzarət sistemi” tətbiq ediləcək.

 

Bununla bağlı 01.12.2011-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb müəssisələrinin müvafiq işçi heyəti üçün təlimlərə start verilib.

 

Respublika üzrə tibb müəssisələrinin rəhbərləri və statistik şöbələrin işçiləri üçün təşkil olunan təlimlər 16 dekabr 2011-ci il tarixinədək davam edəcəkdir.

 

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin məlumatı

 

2/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013