“E-Əmr” proqramı üzrə növbəti treninqlərə start verilmişdir
Tibb müəssisələrində kadrların uçot sisteminin avtomatlaşdırılması məqsədilə yaradılmış “Elektron Əmr” (E-Əmr) proqramı üzrə 05.12.2011-ci il tarixindən etibarən növbəti treninqlərə start verilmişdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrində tibbi kadrların avtomatlaşdırılmış uçot sistemini tətbiqi məqsədilə 01.01.2012-ci il tarixindən “Elektron əmr” proqramı fəaliyyət göstərəcək.
Respublika üzrə tibb müəssisələrinin kadrlar işi üzrə mütəxəssislər üçün təşkil olunacaq təlimlər 16 dekabr 2011-ci il tarixinədək davam edəcəkdir