Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” könüllü qanvermə aksiyaları keçiriləcək

Hər il olduğu kimi bu ildə Məhərrimlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

 

Mərasimlər 06 dekabr 2011-ci il tarixində Bakı şəhərində «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunacaq.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

5/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013