Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Könüllü qanvermə aksiyaları keçirilir

Hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Bu saata kimi 1150 nəfər qan vermişdir ki, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür.

 

Xatırladaq ki, aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

Könüllü qanvermə aksiyaları keçirilirKönüllü qanvermə aksiyaları keçirilir


6/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013