Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartı sistemi” “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yer lilə təltif edilmişdir

2011-ci ilin 6 dekabr tarixində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi qeyd olundu. Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 24.10.2011-ci il tarixindən “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə” və “Ən yaxşı elektron xidmət” müsabiqəsi keçirilmişdir.

 

Müsabiqədə Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartı sistemi” ilə əlaqədar təqdim etdiyi elektron xidmət “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yer ilə təltif edilmişdir.

7/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013