Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin təkmilləşdirilməsi işi davam etdirilir

Həkimlərimizin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihələr çərçivəsində Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener ölkəmizdədir. Tanınmış professor Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantasiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir, habelə klinikada həyata keçirilən böyrək transplantasiyası əməliyyatlarında iştirak edir. Professor Yıldız Şener 17 dekabrda Türkiyəyə qayıdacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

16/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013