Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.

 

Belə ki, 14.12.2011-ci il tarixində urologiya, nevropatologiya və yoluxucu xəstəlikləri ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 24 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 23 nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları immunologiya, oftalmologiya və mamalıq-ginekologiya ixtisasları üzrə 21.12.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

16/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013